Çamadanından `beşbarmaq` tapıldı


14:39     29 Avqust 2017 besbarmaq.jpg

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajına rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmağ"ın təsviri görünüb.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşa məxsus çamadanın cibində 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1158


Oxşar xəbərlər